Şahmat dəstləri

İtaliya istehsalı olan şahmat dəstlərimizi stolüstü dəstlər və şahmat masaları olaraq təklif edirik. Şahmat lövhələri və masaları bürünc, mərmər və taxtadan istifadə olunmaqla istehsal olunur. Şahmat fiqurları isə taxta və ya bürüncdən hazırlanır. Şahmat dəstlərinin geniş çeşidi ilə tanış olmaq üçün dəyərli hədiyyə axtaran müştərilərimizi mağazalarımıza dəvət edirik.